buguntv.az
buguntv.az

Ermənistanda kuryoz hadisə: Sarkisyanları səhv saldılar

141 dəfə baxılıb 30-06-2018, 13:30

Ermənistan prezidentinin mətbuat xidməti hazırkı prezident Armen Sarkisyanı onun sələfi Serj Sarkisyanla səhv salıb.

Buguntv.az "AzVision.az"a istinadən xəbər verir ki, bu cür gülünc, bir o qədər də ciddi diplomatik səhv dünən Ermənistan prezidentinin Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşməsi ilə bağlı rəsmi saytda yerləşdirilən bəyanatda buraxılıb.

Ermənistan prezidentinin mətbuat xidməti yazıb ki, 29 iyunda prezident Serj Sarkisyan ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb. Xəbərə birləşdirilən fotoda isə Pompeonun yanında fəaliyyətdə olan hazırkı prezident Armen Sarkisyan olub.

Hazırkı prezident Armen Sarkisyanın yerinə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adını yazdığını görən mətbuat xidməti sonradan bəyanatda düzəliş edib.

Xatırladaq ki, Serj Sarkisyan 2008-dən 2018-ci ilin 9 aprelinədək Ermənistanın prezidenti olub. Ondan sonra bu posta Armen Sarkisyan yiyələnib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi