buguntv.az

600 manat rüşvət, 42 donor, tələf olan uşaq... - GİLEY

9-05-2019, 12:42


Son zamanlar Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü ilə bağlı məlumatların sayı artıb.
Mütəxəssis çatışmazlığı, həkimlərin xəstələrlə kobud davranışı, tibbi ləvazimatların sanitariya qaydalarına uyğun olmaması və korrupsiya hallarından şikayətlənib.
Qeyri-hökümət təşkilatları bildirir ki, doğuş sahəsində vəziyyət "daha ciddidir" və statistik göstəricilər gerçəkliyi əks etdirmir.
Səhiyyə Nazirliyi isə iddiaları rədd edərək, doğum zamanı ölən ana və uşaq sayında artım olmadığını deyir. Dövlət Statistika Komitəsinin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumatda isə deyilir ki, doğuş zamanı ölüm halları bir qədər artıb.

Azerinfo.az Şirvan Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən ilginc bir hadisə haqda şahidləri danışdırıb.
Videoda danışan şəxs bildirib ki, bacısının doğum işini boynuna götürən Sevda həkim əvvəlcədən 600 manat rüşvət istəyib. Pul borc-xərc tapılıb verilib. Əməliyyat zamanı vurulan iynədən xəstənin böyrəyindəki təzyiq qalxıb. Uşaq tələf olub. Az qalıb ki, qadın da ölsün. Xəstənin qohumları xəstəxanaya gələrək qan veriblər. Düz 42 nəfər qan verib. Axırı Hacıqabuldan ayrı həkim gəlib xəstəni xilas edib. Xəstə narkozdan ayılmayıb. Bununçün Bakıdan həkim çaxırıblar və həmin həkimə də 100 manat pul veriblər.
Bax bizim səhiyyəmiz budur.

Azerinfo.az



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 106
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05