buguntv.az
buguntv.az

Çingiz bu dəfə 20-ci olacaq – Video

35 dəfə baxılıb 17-05-2019, 10:59


Azərbaycan İsraildə keçirilən “Eurovision 2019” mahnı müsabiqəsinin finalında 20 nömrə altında çıxış edəcək.

“Qafqazinfo” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib.

Mayın 18-də keçiriləcək finalda iştirakçılar bu ardıcıllıqla çıxış edəcək: Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə “Truth” mahnısı ilə Çingiz Mustafayev təmsil edir.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi