buguntv.az
buguntv.az

Rəmişin səhhəti PİSLƏŞDİ: Müalicəsini Heydər Əliyev Fondu öz ÜZƏRİNƏ GÖTÜRDÜ

27 dəfə baxılıb 17-05-2019, 11:23


Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yenidən pisləşib.

Buguntv.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Güllü Hüseynova bildirib ki, Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:



"Rəmişin müalicəsi bu gündən başlayır. Onun ağciyərində, tənəffüs sistemində problem var. Xalq artistinin müalicəsi ölkəmizdə aparılacaq. Bizim bu sahədə yaxşı həkimlərimiz var. Onlar bu müalicəni öz üzərlərinə götürüblər. Ona görə, xaricə getməyə ehtiyac olmadı. Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Allah dövlətimizi qorusun. Allah prezidentimiz İlham Əliyevə və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya can sağlığı versin."


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi