buguntv.az
buguntv.az

Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib

36 dəfə baxılıb 17-05-2019, 13:57


Tramp administrasiyası Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarının baş tutması üçün Talibanın səyahət xərclərini (o cümlədən, qidalanma və qalma) öz üzərinə götürmək istəyib.

Buguntv.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı administrasiya Konqresə müraciət etsə də, qanunverici orqan bu vəsatəti təmin etməyib.

Konqres üzvləri belə maliyyələşmənin terrorçulara dəstək anlamına gəldiyini hesab edib.

Bu arada Pentaqon da Talibanla sülh danışıqlarına vasitəçilik etmək üçün federal büdcədən vəsaitin ayrılması ilə bağlı Konqresə müraciət olunduğunu təsdiq edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayından bəri Dohada ABŞ-ın vasitəçiliyi ilə Talibanla Əfqanıstan hökuməti arasında  altı danışıqlar mərhələsi keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi