buguntv.az
buguntv.az

Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib

29 dəfə baxılıb 21-05-2019, 15:27


Mayın 21-də Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” otelində ilk dəfə olaraq incəsənət əsərlərinin hərracı keçirilib.

AZƏRTAC xəbər verir ki, hərrac respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyini gücləndirmək məqsədilə reallaşıb.

Rəssam İlham Mirzəyev bildirib ki, hərracda “Sirli Afrika” əsəri ilə iştirak edir. Əsərin başlanğıc qiyməti 7 min manatdır. Əsər müəllif texnikasında işlənilib və çəkilmə üsulu sirr saxlanılır.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, bu, sənət tariximizdə ilk hadisədir və gələcəkdə də davam edəcəkdir. “Ümid edirəm ki, Azərbaycanda hərraca getmək, müəllif kolleksiyasının zənginləşdirilməsi ənənəsi yaranacaqdır”, - deyə Q. Qasımov vurğulayıb.

Hərraca Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzəyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmovun əsərləri, “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisinin maketi çıxardılıb.

Hərracda Mirazər Abdullayevin “Sürət”, Mahmud Rüstəmovun “Yarpaqlar”, Aslan Rüstəmovun “Bahar”, Şamil Cəfərovun “İnqermandland” gəmisi əsərləri satılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi