buguntv.az
buguntv.az

Şeydayev "Trabzonspor"a lazım deyil

102 dəfə baxılıb 2-07-2018, 15:15

Qarabağ-la müqaviləsi başa çatan Ramil Şeydayev "Trabzonspor"a qayıtsa da, kluba lazım olmayıb.

Buguntv.Az goal.az-a istinadən xəbər verir ki, "bordo mavililər"in baş məşqçisi Ünal Karaman Şeydayev də daxil olmaqla, bəzi gənclərlə vidalaşacaqlarını deyib.

"Bizə ehtiyatda oturacaq futbolçu lazım deyil. Kim "Trabzonspor"da oynamağa hazırdısa, onunla yollarımızı davam etdirəcəyik. Trabzonspor" markadır. Mənə daim əsas heyətdə oynamağa hazır futbolçular lazımdır. 18 yaşlı futbolçu menecerini qarşıma çıxarmasın. Bu komandanın formasını haqq edənlər, formasını geyinməyə hazır olanlar bizimlə qalacaq. Gedən futbolçuları pisləmək istəmirəm. Ancaq rəqib heyətimizə baxanda narahatlıq keçirməlidir. "Trabzonspor"u gücləndirəcək 3 yeni transferə ehtiyacımız var".

Şeydayevin Avstriya klubu Mattesburg-a yollanması gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi