buguntv.az
buguntv.az

Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO

56 dəfə baxılıb 23-05-2019, 16:27

Bakının Qala qəsəbəsində Cahangir Əsgərova aid olduğu iddia olunan badam bağlarının video görüntüləri yayılıb.
"Kommersant.az" xəbər verir ki, Qala qəsəbəsində 265 hektarlıq ərazidə salınan badam bağlarının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərova aid olduğu iddia edilir. Həmin ağaclar İspaniyadan xüsusi olaraq Azərbaycana gətirilib və ispan aqronomların nəzarəti ilə əkilib. Bundan başqa sözügedən 265 hektarlıq ərazi tellərlə hasara alınıb. Həmin ərazidə ağır texnikalarla yanaşı yüzlərlə işçi qüvvəsi də var.

İspaniyadan gətirilən ağaclardan (Quarra, Avijor, Belona və Soleta növləri) minimum 10 kiloqram badamın yığılması gözlənilir. Qala qəsəbəsində isə 24 min badam ağacı əkilib. Buradan çıxan nəticəyə görə, Cahangir Hacıyev orta hesabla ildə 48 milyon manat qazanacaq.("Kommersant.az")

Qeyd edək ki, sözügedən bağlar "AzBadam" MMC olaraq qeydiyyatdan keçib və həmin adla da fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi