buguntv.az
buguntv.az

"Yanardağ" qoruğunda təmir işləri başa çatıb, yaxın günlərdə açılış olacaq

74 dəfə baxılıb 24-05-2019, 14:54


“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan təmir və yenidənqurma işləri başa çatıb”.

Bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, yaxın günlərdə "Yanardağ" qoruğunun rəsmi açılış mərasimi keçiriləcək: “Qoruq ərazisində təmir işləri artıq tamamlanıb. Qoruğun açılışı may ayının sonuna qədər baş tutacaq. Dövlət Turizm Agentliyi olaraq ümid edirik ki, yeni konsepsiyada təqdim edilmiş "Yanardağ" qoruğu nəinki xarici turistlər, eyni zamanda yerli əhali üçün də daha maraqlı olacaq. Bundan öncə də qoruqda olmuş insanlar gəlib yenə "Yanardağ" qoruğunu ziyarət etmək arzusunda olacaqlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub.

Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.

Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi