buguntv.az

“Kilsə Keşikçi Dağla bağlı Gürcüstan və Azərbaycan arasındakı danışıqlarda fəal iştirak etməyə hazırdır” - II İlya

28-05-2019, 23:27


Gürcüstan patriarxı II İlya Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, patriarx Gürcüstan və Azərbaycan arasında intensiv danışıqların ədalətli qərarla yekunlaşacağına ümidvar olduğunu bildirib.

II İlya müraciətində Gürcüstan və Azərbaycan hakimiyyətini iki dövlət və xalq arasındakı dostluq münasibətlərinin qorunub saxlanılması və dərinləşdirilməsi məqsədilə intensiv danışıqlar aparmağa çağırıb.

O, məbəd kompleksi ilə bağlı danışıqlarda kilsənin fəal şəkildə iştirak etməyə hazır olduğunu bildirib: “Ümid edirik ki, hər iki tərəf problemin həllinə nail olacaq. Bununla yanaşı Azərbaycan dövləti və xalqını Müstəqillik günü münasibətilə təbrik edərək, əmin-amanlıq və tərəqqi arzu edirik”.

Patriarx hər kəsi məsələ ilə bağlı gərginlik yaratmamağa və təmkinli olmağa çağırıb. 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 116
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05