buguntv.az
buguntv.az

Bakıda ŞOK oğurluq: mütəşəkkil dəstə dükanı belə soydu - REAL VİDEO

60 dəfə baxılıb 4-06-2019, 17:43

Bakı şəhər sakini Validə İsgəndərova Avtosfer.az saytına müraciət edərək başına gələn hadisəni danışıb.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, dünən (03.06.2019) Bakıxanov qəsəbəsində "Razin talkuçkası" kimi tanınan bazarda onun sahibi olduğu mağazaya eyni vaxtda iki kişi, biri yaşlı olmaqla iki qadın, bir yeniyetmə və bir uşaq daxil olub. Kişilər qapının yanında ayaqqabı ilə "maraqlanıb" satıcının başını qarışdırırlar. Bu zaman yaşlı qadın bahalı qadın kostyumlarını bükərək yeniyetmənin əlində olan torbaya basır. Nisbətən cavan gəlinlə uşaq isə həmin vaxt oğurluq baş verən yerin qabağını kəsərək görüntü məhdudiyyəti yaradırlar. Yaşlı qadın oğurluğun ardından əlində bir mal dükanın arxa hissəsinə keçir. Satıcını çağırır. Satıcı ona yaxınlaşanda isə yeniyetmə, ardınca uşaq və gəlin, daha sonra isə kişilərdən biri çıxır.

Validə İsgəndərovaya ümumilikdə 800 manata yaxın ziyan dəyib. Xanım sahibkar polis orqanlarından bu cinayətkar dəstəni ifşa edərək yaxalanmasını istəyir.

Cinayətkar dəstənin bir ailə olduğu ehtimal edilir. Ata, ana, iki oğul, gəlin və uşaq.

Ümid edirik ki, polis tezliklə bu cinayət əməlini törədənləri həbs edəcək. Çünki bu şəxslər cəzasız qalsa gələcəkdə daha böyük oğurluqlara əl ataraq vətəndaşlara ziyan vuracaqlar.

<embed width="670" height="400" src="https://daytube.az/az/embed/84010" frameborder="0" allowfullscreen><embed>


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi