buguntv.az
buguntv.az

Paşinyan müvəqqəti fiqurdur: Moskvanın dəstəyi ilə...

19 dəfə baxılıb 7-06-2019, 10:44


Nikol Paşinyan İlham Əliyevlə qapalı görüşlərdə danışdıqlarını yazılı şəkildə nöqtə-vergülünə qədər Bako Saakyana çatdırsa da, ona inam yoxdur.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistan daxilində gedən prosesləri təhlil edib.

Politoloq hesab edir ki, Paşinyan Qarabağ klanının üzvü olmadığına görə ona güvənmirlər:

“Rusiya prezidenti də Paşinyanın rəqiblərinə simpatiya bəsləyir. Bunu Paşinyan da bilir, ancaq mövcud reallığı dəyişə bilmir. Dağlıq Qarabağ separatçıları əvvəlki kimi Paşinyana problem yaradırlar. Misal üçün Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Paşinyanla görüşəndə onun fikirlərinə etiraz etmir, hətta razılaşdığını bildirir. Ancaq daha sonra Qarabağ separatçıları xəbər yayırlar ki, Paşinyan guya torpaqları Azərbaycana qaytarmaq istəyir. Paşinyan Bako Saakyanı hətta onda ittiham edir ki, separatçıların lideri müşavirlərinə Ermənistanın baş naziri əleyhinə statuslar yazmağı tapşırır. Ciddi ittihamdır”.

Politoloq qeyd edib ki, Paşinyan bağlı qapılar arxasında Qarabağla bağlı aparılan danışıqların bütün təfərrüatlarını Bako Saakyana təqdim etdiyini etiraf edir:

“Qarabağ separatçıları eks-prezidentlər Köçəryan və Sarkisyandan hesabat istəməmələrinin səbəbi onların hər ikisinin torpaqların işğalında bilavasitə iştirak etməsidir. Paşinyan isə onlardan biri deyil. Ona görə də Dağlıq Qarabağ separatçıları ona etibar etmir. Çünki separatçılar Paşinyana müvəqqəti fiqur kimi baxır və inanırlar ki, Qarabağ klanı Moskvanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdıracaq”.

E.Şahinoğlu Rusiyanın Azərbaycan və Ermənistan arasında balansı qorumağa çalışması faktına da diqqət çəkib:

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan Baş naziri Nikol Paşinyana telefon zəngində oxşar fikirlərdən istifadə edib. Digər tərəfdən Putin hava limanlarına ad qoyması məsələsində də balansı qoruyub. Surqut şəhərinin hava limanına Fərman Salmanovun adı verildi. Azərbaycanlı Fərman Salmanov Sibirdə neft istehsalında vacib rol oynayıb. Putin eyni zamanda Simferopol hava limanına İvan Ayvazovskinin adını verib. Ayvazovski milliyətçə erməni rəssam olub. Yəni, bu yolla Putin azərbaycanlılarla ermənilər arasında balansı saxlamış oldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi