buguntv.az
buguntv.az

Rusiya səfiri: "Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"

12 dəfə baxılıb 10-06-2019, 16:03

“Fuad Abbasovla bağlı məsələnin təfərrütına varmıram, amma Azərbaycan mediasının bu barədə yazdıqlarını çox oxuyuram”.

Bunu mətbuat konfransı zamanı “Report”un sualına cavab verərkən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Vətəndaş Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm. Məsələ onun peşəsində yox, başqa ölkənin vətəndaşı olmasındadır. Bizə müraciətlər gəlməyə başlayanda məsələ ilə maraqlandıq. Əlimizdə Ximki məhkəməsinin qətnaməsi var. Bu qətnaməyə əsasən Fuad Abbasov Rusiya Federasiyası ərazisini 15 gün ərzində tərk etməyib və ölkə ərazisində qalmaq müddətinin uzadılması üçün ərizə verməyib”, – səfir deyib.

Fuad Abbasovun saxlanılarkən döyülməsinə dair xəbərləri şərh edən diplomat Azərbaycan səfirliyinin onunla dərhal əlaqə yaratdığını bildirərək, jurnalistə Rusiya Federasiyası ərazisinə 50 il ərzində gəlmək barədə qadağa qoyulmasından xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Bundan əvvəl Moskva Vilayət Məhkəməsi F.Abbasovun apelyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Məhkəmənin qərarına görə F.Abbasov 10 gün ərzində Rusiya Federasiyası ərazisindən çıxarılmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi