buguntv.az
buguntv.az

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib

32 dəfə baxılıb 15-06-2019, 11:11

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov Milli Qurtuluş Gününün tarixindən danışıb. Vurğulayıb ki, Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Ölkənin inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyev Azərbaycanın bir dövlət kimi varlığına son qoyulmasının qarşısını alıb.

1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşmiş və hakimiyyət böhranı yaranmışdı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Ermənistanın təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

Qeyd olunub ki, ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü dövlətə çevrilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edib.

Tədbir iştirakçıları Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, onun demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdığını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi