buguntv.az
buguntv.az

Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər

24 dəfə baxılıb 19-06-2019, 14:03

Sabah Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 53-cü sessiyası keçiriləcək

Modern.az xəbər verir ki 53-cü sessiya iyunun 18, 19, və 20-də da Bakıda təşkil olunacaq.

QDİƏT-in Parlament Məclisinin 53-cü sessiyasına Ermənistandan da nümayəndə heyətinin qatılacağı da gözlənilirdi.

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının nümayəndə heyətinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında Ermənistan nümayəndə heyətinin sessiyaya qatılmayacağına münasibət bildirib:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 53-cü sessiyası beynəlxalq tədbirdir. Hər bir nümayəndə heyətinə dəvət göndərildiyi kimi, Ermənistan nümayəndə heyətinə də dəvət göndərilib. Tədbirə qatılıb-qatılmayacağına isə Ermənistan özü qərar verə bilər. Təbii, onlar tədbirə qatılmaqdan imtina ediblər. İmtina etsələr belə tədbir yüksək səviyyədə davam edəcək. Həmçinin, ermənilər şou göstərməyi yaxşı bacarırlar. Onların futbolçusu da, deputatı da şou göstərməklə məşğuldur”.

Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir.

Qaydaya görə, Məclisə sədrliyi ölkənin parlamentinin rəhbəri həyata keçirəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov olacaq.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi