buguntv.az
buguntv.az

Murad Dadaşovun nazirliyin tədbirində iştirakı qalmaqal yaratdı

38 dəfə baxılıb 20-06-2019, 11:45



Təhsil eksperti Etibar Əliyev sosial şəbəkədə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Xalq artisti Murad Dadaşovun iştirakına etirazını bildirib.

Axşam.az xəbər verir ki, o, tənə ilə Dadaşovu “təhsil eksperti” adlandırıb:

“Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dediki ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. “Təhsil eksperti” Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər.

Gerizəkalılığa diqqət edin: ən azından fizika üzrə qaliblərin ( bürünc medal olsa da olardı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı Emin Əmrullayev verməyindənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi.

Bütün bu məzhəkələr şagird uğurlarına kölgə sala bilməzdi, qalibləri səmimi qəlbdən təbrik edirəm”.
Murad Dadaşovun nazirliyin tədbirində iştirakı qalmaqal yaratdı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi