buguntv.az
buguntv.az

Ukraynanın Müdafiə Nazirliyi SOCAR-dan dizel yanacağı alışını 9 dəfə artırıb

12 dəfə baxılıb 10-07-2019, 16:16


Bu ilin yanvar-iyun ayları ərzində Ukraynanın Müdafiə NazirliyiAzərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) 13 500 ton dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 12 min ton və ya 9 dəfə çoxdur.

Ümumilkdə, bu ilin I yarısında Ukraynanın Müdafiə Nazirliyi 72,9 min ton yanacağın tədarük edilməsi ilə bağlı müqavilələr imzalayıb. Bu isə ötən ilin yanvar-iyun aylarında imzalanmış müqavilələrlə müqayisədə 2 dəfə azdır.

Belə ki, hesabat dövründə Ukrayna hərbçiləri 57,4 min ton yay və qış növləri olan dizel yanacağının tədarükü ilə bağlı müqavilələr imzalayıblar. Bundan başqa, bu müddət ərzində 10,3 min aviasiya kerosini, 4,8 min ton A-95 və 500 ton A-92 markalı benzin alınması üçün müqavilələr imzalanıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-iyun aylarında Ukraynanın Müdafiə Nazirliyi 103,4 min ton dizel yanacağı və 38,4 min ton aviasiya kerosini alıb ki, bu da müvafiq olaraq 44,5%3,7 dəfə azdır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi