buguntv.az
buguntv.az

İnam Kərimov Afrikaya gilas satmaqdansa, ölkədə gilasın qiymətini ucuzlaşdırsın... - İTTİHAM

12 dəfə baxılıb 11-07-2019, 13:18

Yerli meyvə-tərəvəzin çoxdan bazara çıxarılmasına baxmayaraq, onların qiyməti hələ də düşmür və əhali bahalıqdan narazılıq etməkdə haqlıdır». DİA.AZ bildirir ki, işadamı, iqtisadçı Nazim Bəydəmirli belə deyir və bunun səbəbini məmur inhisarında görür.

N.Bəydəmirli bugünlərdə Kənd Təsərrüfatı Nazirliyi yanındakı «Aqrar-Ticarət» qurumunun Afrikaya gilas ixrac etməsi ilə bağlı informasiyaya rast gəldiyini söyləyir: «Görünür, Afrikaya ixraca o qədər tələb var ki, bizdə gilasın qiyməti sıçrayışla yüksəlib».

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin və müxtəlif qurumların dövlət büdcəsi hesabına bizneslə məşğul olması nəticədə bu cür bahalaşmaya səbəb olur. İqtisadçı bildirir ki, dövlət qurumlarının bizneslə məşğul olması məmurlara öz inhisarını qurmaq fürsəti verir, əslində, bu iş birbaşa sahibkarlara həvalə olunmalı, onların bazar, yarmarkalara çıxışları asanlaşdırılmalıdır.

N.Bəydəmirliyə görə, meyvə-tərəvəzçiliklə məşğul olan kəndlilərin ucuz kredit resursuna çıxışının olmaması da qiymətlərin artmasında böyük rol oynayır.

Bu il Azərbaycanda meyvə-tərəvəz ötən illərlə müqayisədə çox bahadır. Kənd təsərrüfatı mütəxəssislərindən bunu hava şəraitinin əlverişsiz keçməsi, mövsümün 15 gün gecikməsi ilə izah edənlər də var. Amma bəzi ekspertlər bu qənaətdədir ki, kəndlinin bazara, kənd təsərrüfatı yarmarkalarına birbaşa çıxışına imkan yaradılmaması, bu sahədə də inhisarın mövcudluğu qiymət artımına səbəb olur.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi