buguntv.az
buguntv.az

Kim daha çox maaş alır? – Rus, yoxsa azərbaycanlı deputat? - MƏBLƏĞ

79 dəfə baxılıb 6-07-2018, 20:45

Rusiyalı deputatların maaşı açıqlanıb.

Buguntv.az  Cebhe.info isdinaden xəbər verir ki, Dövlət Dumasının deputatları bu il ərzində aylıq 388 min rubl maaş alıb. Bu isə bugünkü məzənnə ilə 6 133,52 dollar və ya 10 410 manat deməkdir. Bu rəqəm bütün vergilər çıxıldıqdan sonraki məbləğdir.

Əgər deputat 5 ildən az müddətə parlamentdə təmsil olunubsa, ona deputatlıq təqaüdü verilmir. Həmçinin mühakimə edilən deputatlar da bu pensiyadan məhrum qalır. Deputatlıq təqaüdünə həmçinin qocalığa görə pensiya da əlavə olunur.

Azərbaycanda isə deputat maaşları qısa müddət əvvəlki dəyişiklikdən sonra artırılıb. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna görə, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alır.

Qanuna əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi