buguntv.az
buguntv.az

İNKİŞAF DÖVRÜNÜ YAŞAYAN MASALLI TƏHSİLİ

143 dəfə baxılıb 11-07-2019, 14:30

 

 

 


Təhsil millətn gələcəyidir-“ deyən,müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın təklifi tələbiylə hakimiyyətə  gələndə siyasi fəaliyyətində təhsili dinamik inkişaf etdirməyi qarşıya məqsəd qoydu. Ölkə təhsili həmin andan  uzun, ənənələrinə sadiq şərəfli bir yol  keçdi.

 Bu gündə Ulu Öndərin varisi  və davamçısı olan İlham Əliyev  cənabları yekdilliklə ölkə prezidenti seçiləndən bu gündə qədər Ulu  Öndərin siyasi  kursuna  sadiq qalaraq  ölkə təhsilinin inkişafına dövlət dəstəyin heç bir zaman əsirgəməyib.  Bu da, hər bir təhsil işçisinin məsuliyyətini artırıb, onların işlərinə vicdanla  yanaşmasına  gətirib çıxarıb.

 Bu düşüncələrlə son vaxtlar təhsilimizə dair xoş olmayan,qərəzli  informasiyaları da  beynimdə alt-üst edərək yolumu Cənub bölgəsinə saldım. Özüm  həmin bölgədən  olduğuma görə  buradakı  təhsilin səviyyəsi mənim  üçün   əlçatan idi.  Odur ki, ilk yolumu  Masallı rayon  Təhsil şöbəsindən saldım.  Masallı  rayon Təhsil Şöbəsinin müdiri Tariyol  Əkbərovla  görüşməyi qətiləşdirdim.

Kiçik haşiyə:  -  Tariyel Əkbərov Masallı  Təhsil Şöbəsinə müdir  gələndən  sonra, Masallı  Təhsili öz inkişaf dövrünü  yaşayır. Dövlət  başçısının  uğurlu siyasətinə uyğun Təhsilin inkişaf tepmini artırıb.  Məktəblərdə  güclü nizam-intizam, ədalətli dərs bölgüsü, Müəllim –valideyin, müəllim-şagird münasibətli  və davamiyyət yüksək səviyyədə qurulub.

Masallı təhsilinin yetirməsi olan Tariyel Əkbərov 1979-cu ildə Şıxlar  kəndində anadan olub. 1995-ci ildı  3 saylı Ərkivan kənd  orta məktəbin  qurtarıb ,ali  təhsillidir, ailəlidir. 2010-cu ildən Masallı rayon Təhsil Şöbəsində müxtəlif  vəzifələrdə  çalışıb. Hal-hazırda  Masallı rayon  Təhsil şöbəsinin müdiridir.

Tariyel  müəllimlə ilk görüşümüz olsa da  məni çoxdan tanıyan kimi çox səmimi  qarşıladı. Bir xeyli  təhsil haqqında söhbət etdik. Tariyel müəllim söhbət  əsnasında  bildirdi ki, müəllim ilk növbədə vətəndaşdır.Vətəndaş uşaqlara  vicdanla , məsuliyyətlə yanaşmalıdır. Müəllim kimi dərs dediyi uşağı gələcəyin vətəndaşı kimi yetişdirməlidir. Müəllim tədris  etdiyi fənni,şagirdə elə  aşlamalı, elə izah etməlidir ki,  şagirdin  özündə o fənnə  maraq  oyatmalı , mənsiməsinə problem olmamalıdır. Əgər  müəllim  bu məsuliyyətlə  işinə  yanaşsa deməli  həmin müəllim istər  vətəndaş, istər  müəllim kimi üzərinə düşən  işin  öhdəsindən  ləyaqətlə gəlib.

 Tariyel müəllim o qədər maraqlı, əsaslandırılmış fikir  söyləyirdi ki, əlavə sual  vermək belə yadımdan çıxmışdı.

Son vaxtlar Cənub  bölgəsində qızların təhsildən yayındırılmasına dair, heç bir əsası olmayan informasiyaların arada bir eşidilməsindən söz açıb,  Tariyel   müəllimdən Masallı məktəblərində bu  yöndə vəziyyətin necə olduğunu soruşdum.

Tariyel müəllim bunların qərəzli, əsaslı olmayan məlumatlar olduğun bildirib  dedi: -2018-2019-cu  tədris  ilində  Masallı təhsilinin  uğurları haqqında  ümumi məlumatla tanış olsanız bunun yalan olduğunu görəcəksiniz və görəcəksiniz ki,  oğlan şagirdlərimizlə  yanaşı qız şagirdlərimizdə uğurlu nəticələr  əldə edib.  Məlumatla tanış olanda  gördüm ki, Tariyel  müəllim həqiqətən haqlıdır. Məlumat dəyərli oxucularımıza  və  əsassız yazı  yazan  bəzi  məqsəd  gündən  həmkarlarımıza  gərək  olar deyə bu   yazıda  diqqətinizə  çatdıracam. Bütün  yuxarıda sadaladıqlarımla yanaşı  onuda vurğulayım ki, Masallı  rayon təhsili bir çox  uğurlu  işlərə imza atmışdır. Bir neçə kənd  məktəbli  əsaslı təmir edilmiş bir çox  kəndlərdə  modul tipli  məktəblər  tikilib  müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Şagirdlərin  dərsə davamiyyəti yüksək səviyyədə  təşkil edilmişdir. H.Əliyev fondunun təşəbbüsü və  birbaşa  göstərişi  ilə təhsilin yüksək səviyyədə  təşkili üçün müasir tədris vəsaitləri məktəblərimizə çatdırılmışdır. Təhsil Nazirliyinin rəhbərliyi ilə qarşıya  qoyulan  tapşırıqlar uğurla  yerinə yetirilmişdir.  Bütün bunların  nəticəsidir ki, buraxılış və qəbul  imtahanlarda  təhsilin  səviyyəsi ilbə-il artır. Respublika miqyasli fənn  olimpiyadalarında  Masallı məktəblərinin  şagirdləri uğurlu  nəticə əldə edir . Buna   misal  olaraq  aşağıdakı məlumatı dərc etməyi  özümə borc bildim.

Respublika fənn olimpiadasının final mərhələsində S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu Coğrafiya fənni üzrə I yerə, Sığdaş kənd tam orta məktəbinin XI sinif şagirdi Sadıxova Şəhla Zöhrab qızı Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə III yerə layiq görülmüşlər. Həm də Sadıxova Şəhla Zöhrab qızı buraxılış imtahanlarında da yüksək nəticə göstərdiyinə görə o, Qızıl medalla təltif olunmuşdur.

30.03.2019-cu il tarixdə LDU-nun təşkilatçılığı ilə Fizika, Riyaziyyat, Kimya,Biologiya və İnformatika fənləri üzrə keçirdiyi fənn olimpiadasında Banbaşı kənd tam orta məktəbin XI sinif şagirdi-Rufullayev Fərid Şölət oğlu II, Şərəfə kənd tam orta məktəbin XI sinif şagirdi Seyfullayeva ‘Surə Malik qızı II, Qızılağac kənd 1 saylı tam orta məktəbin X sinif şagirdi Səfərli Toğrul Əhməd oğlu I yerə layiq görülmüşdür.

Respublika Yaradıcılıq Festivalının ( 08-10 iyun 2019) final mərhələsində Dəmirçi kənd ümumi orta məktəbin IX sinif şagirdlərindən təşkil olunmuş komandası Dram müsabiqəsi üzrə II yerə layiq görülmüşdür.

24-26 aprel 2019-cu il tarixlərdə Təzə Alvadı kənd 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Babayeva Nərmin Elçin qızı Bakı şəhərində "Sərhədçi" İdman Kompleksində keçirilən H.Əliyevin 96-cı ildönümünə həsr edilmiş idmanın cüdo növü üzrə azyaşlılar arasında Respublika birinciliyində II yerə layiq görülmüşdür.UGİM-nin toxuculuq dərnəyinin üzvü, Şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüriyyə Hüseynova Təhsil Nazirliyinin və FHN-nin

ci il tarixdə birgə keçirdiyi " Fövqəladə hallar uşaqların gözü ilə" Respublika müsabiqəsində "Yumşaq oyuncaq" nominasiyası üzrə III yerə layiq görülmüşdür.

cu il tarixdə Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Jalə Məmmədli Azərbaycan Dillər Universitetində təşkil olunan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "inşa" müsabiqəsində iştirak etmiş və II yerə layiq görülmüşdür.

Ulu Öndər Heydər Əliyevin anadan olmasınan 96-cı ildönümünə həsr olunmuş " Ən yaxşı təqdimat" müsabiqəsində Yolağac kənd tam orta məktəbin XI sinif şagirdi Sovziyeva İlkanə Zöhrab qızı Respublika mərhələsində uğurla çıxış edərək II dərəcəli diplomla təltif olunmuşdur.

2018-2019-cu tədris ilinin XI siniflər üzrə buraxılış imtahanlarında Şəhər 4 saylı Digah tam orta məktəbin XI sinif şagirdi Səmədov Şəhriyar Şahin oğlu 300 mümkün balı toplayaraq Respublikada 2 şagirddən biri olmuşdur.

AFFA-nm təşkil etdiyi məktəblilərin "Coca -Cola" mini futbol turnirində Şəhər 4 saylı Digah tam orta məktəbin 14-15 yaşlılardan İbarət komandası Respublika finalına vəsiqə qazanmışdır

Bütün görünənlər ondan  xəbər verir ki, Masallı rayon təhsili həqiqətən öz inkişaf dövrünü  yaşayır.  Bu uğurlara bizdə sevnibi  Masallı təhsilinin  pedaqoji kollektivinə ,başda Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov  olmaqla təşəkkür edirik. Uğurunuz bol olsun. Vətənə layiqli vətəndaş  yetirdiyinizə görə.

Davamı  olacaq. Bizi izləyin.

                                              

 İlhamə Kazımova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi