buguntv.az
buguntv.az

Rusiyalı və azərbaycanlı musiqiçilər konsert verəcək

27 dəfə baxılıb 6-08-2019, 15:09


Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən Axşam.az-a bildirilib ki, konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bəstəkar Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, tanınmış rusiyalı violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini (Bakıda ilk dəfə səslənir) ifa edəcəklər. Bundan başqa, konsertin proqramına görkəmli bəstəkarlar Karl Yenkinsin simli orkestr üçün “Palladio” və Paul Hindemitin simli kvartet üçün “Minimax” (Bakıda ilk dəfə) əsərləri də daxildir.

Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi