buguntv.az
buguntv.az

Paşinyan: Sarkisyan həbs oluna bilər

126 dəfə baxılıb 10-07-2018, 12:45

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinə səs-küylü cinayət və korrupsiya faktlarının aşkarlanmasına dair tapşırıq verməyib. Onun üçün başlıca məsələ qanunilikdir.

Buguntv.az "AzVision.az"a istinadla xəbər verir ki, bu barədə Paşinyan son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də sabiq prezident Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfə azadlığa buraxıldığını şərh edən Paşinyan qeyd edib: "Bunun özü etimad formalaşdırır. Əgər konkret sübutlar varsa, iş görülür. Əgər sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə həbs etmək bizim yekun məqsədimiz deyil. Və qoy, heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, "bunu buraxın, onu isə həbs edin" deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir."

Lakin aparılan istintaqların və cinayət işlərinin sabiq prezident Serj Sarkisyanın birbaşa özünə aid edilməsinə dair sualı cavablandıran Paşinyan Serjin həbsini istisna etməyib. "Əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur", – deyə Paşinyan vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi