buguntv.az
buguntv.az

Azərbaycanda bu şəxslərin də maaşı ARTIRILDI

16 dəfə baxılıb 12-08-2019, 11:28


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

BiG.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.

Beləliklə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktorunun maaşı 1463 manatdan 1980 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçi 737 manatdan 1030 manata, məsləhətçinin maaşı 666 manatdan 930 manata qaldırılıb.

Qeyd edək ki, bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi