buguntv.az
buguntv.az

Ruhani: "Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq"

15 dəfə baxılıb 12-08-2019, 11:30

Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq.Bunu İranın prezidenti Həsən Ruhani Qətərin şeyxi Tamim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı deyib.
H.Ruhani bildirib: “Təhran əmindir ki, regionda gərginliyin azalması hamının xeyrinə olacaq. Ümid edirik ki, amerikalılar anlayacaq ki, onların seçdiyi yol səhvdir və bu yolda qalib gələn tərəf olmayacaq. Onlar öz davranışlarını dəyişməlidirlər”.
İran prezidenti qeyd edib ki, bəzi ölkələr Fars körfəzində həyata keçirdikləri fəaliyyətləri ilə bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar.
H.Ruhani əlavə edib ki, İran dost ölkələrlə regional təhlükəsizlik üzrə danışıqları davam etdirmək niyyətindədir.(Trend)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi