buguntv.az

Ağsudan BAŞÇIYA ETİRAZ - "Rayonu talayırlar"

10-07-2018, 16:00

Bir neçə gün əvvəl məlum oldu ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb. Qeyd edək ki, bu xəbər cəmiyyətdə böyük rezonansa nədən oldu. Çünki obyekti alan şəxs həm də keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı oğlu idi. Elə buna görə də sosial şəbəkələrdə "Səlim Müslümov büdcədən oğurladığı pulları dayısı oğlu vasitəsilə xırıd edir" kimi rəylər yayılmağa başladı.

Amma deyəsən ağsulular belə düşünmür. DİA.AZ-a müraciət edən Ağsu sakinləri bildirir ki, başçının oğlunun xərclədiyi pullar ƏƏSMN-dən yox, məhz Ağsudan oğurlanan, talanan, sakinlərdən qarət olunan pullardır:

"Bəli, Ağsu camaatı illərdir Ənvər Seyidəliyevin əlindən dad deyir. Bütün qohumları vəzifədədir. Rayonu talayırlar. 1 milyon onlar üçün nədir ki, hətta eşitsəniz ki, başçının oğlu Bill Geysi də satın alıb, şübhələnməyin. Çünki bu gün Ağsu camaatı bir həsirdir, bir də məmmədnəsir... Nəyimiz varsa, başçıda və qohumlarındadır".

Xatırladaq ki, yayılan xəbərlərdə icra başçısının oğlu Dəyanət Seyidəliyevin paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza" gözəllik mərkəzini istifadəyə verdiyi qeyd olunurdu. Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi də bildirilirdi.(DİA.AZ)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 035
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05