buguntv.az
buguntv.az

Bakıda dəhşətli faciə: Pişik balası uşağın ölümünə səbəb oldu

23 dəfə baxılıb 23-08-2019, 12:07

Bakıda pişik balası uşağın ölümünə səbəb oldu

Sabunçu rayonunun Maştağa qəsəbəsində səkkiz yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bu barədə Anews.az-a Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Məlumata əsasən, bədbəxt hadisə "Ləhic bağları" adlanan ərazidə, 473 nömrəli yaşayış evinin qarşısındakı transformatorun yaxınlığında baş verib.
Hadisə nəticəsində 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərov vəfat edib.
Polislərin bildirdiyinə görə, axşam saatlarında uşaq pişik balasını yedirdərkən, heyvan qaçaraq transformatorun arxasına girib. Ələkbər pişiyi götürmək üçün özünü transformator və qaz borusunun arasına saldıqda onu cərəyan vurub. Nəticədə, uşaq yanıb, onun həyatını xilas etmək mümkün olmayıb.
Ə.Ələkbərov bu il ikinci sinfə gedəcəkdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi