buguntv.az
buguntv.az

BƏƏ qoşunları Yəmənin iri şəhərini tutmaq istədi

26 dəfə baxılıb 23-08-2019, 14:45


Yəmənin qanuni hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərini ölkənin iri şəhərlərindən birini tutmağa cəhd etməkdə günahlandırıb.

RİA Novosti xəbər verir ki, söhbət Şabva vilayətinin mərkəzi Atak şəhərindən gedir.

Hökümətin rəsmi nümayəndəsi Radjix Badi bildirib ki, BƏƏ-nin Şabvadakı komandanlığı bölgədə müharibəni qızışdırmağa çalışır: “Hərbi qiyamın Şabvaya yayılması Ərəb koalisiyasının məqsədlərinə meydan oxumaq deməkdir. Bu, Səudiyyə Ərəbistanının sülh cəhdlərinə və vəziyyətin stabilləşməsi istiqamətində atdığı addımlara təhlükə yaradır”.

Yəmən höküməti BƏƏ-ni separatçılara hərbi və maliyyə köməyi göstərilməsində günahlandırır və ölkənin Ərəb koalisiyasından çıxarılmasını istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi