buguntv.az
buguntv.az

Azərbaycanın nə qədər borcu var? - RƏQƏM RƏSMƏN AÇIQLANDI

17 dəfə baxılıb 23-08-2019, 14:56


Azərbaycanın xarici dövlət borcu 15,164.1 milyon (8,920.0 milyon ABŞ dolları) manatdır. 

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev verib.

Onun sözlərinə görə, həmin məbləğ bu il iyul ayının 1-nə qədər olan dövrü əhatə edir. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti  isə 19.0 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79,649.0 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. 

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi