buguntv.az

Kabel oğurluğundan futbol meydançalarına qayıdan Azərbaycanlı

24-02-2018, 15:29


Kabel oğurluğunda təqsirləndirilərək həbs edilmiş Nicat Muxtarov futbola qayıdıb.

Oxu.az xəbər verir ki, yarımmüdafiəçi özünə yeni klub tapıb.

“Sumqayıt”dan ayrılan gənc oyunçu I divizionda mübarizə aparan “Zaqatala” klubunda çıxış edir. Nicat Muxtarovun adı əyalət klubunun Peşəkar Futbol Liqasına verdiyi sifariş ərizəsində də yer alıb.

Xatırladaq ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. Lakin oktyabrda o, girov qarşılığında sərbəst buraxılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 178
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05