buguntv.az
buguntv.az

"Ukrayna Cənub Qaz Dəhlizinə maraq göstərir"

12 dəfə baxılıb 10-09-2019, 13:29

"Ukrayna Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyi faydalı hesab edir".

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

O, Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən enerji sahəsində getdikcə daha güclü oyunçuya çevrildiyini söyləyib.

“Artıq dörd aydır buradayam. Ukrayna səfiri kimi fəaliyyətim Azərbaycanla ikitərəfli əmkdaşlığımızın daha da gücləndirib genişləndirilməsinə yönələcək. Bunun üçün də hər cür imkanlar var. İlin axırına çox qalmayıb, lakin biz bir sıra iddialı layihələr həyata keçirmək istəyirik”, – diplomat vurğulayıb.

Səfir regional əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsi olduğunu dilə gətirib: “Naxçıvan Muxtar Respublikasına səfərim belə əlaqələrə ehtiyacın olduğunu üzə çıxardı. Bu səfərə hazırlaşmışdıq və regionlar arasında imzalanacaq sərmayə sazişləri də daxil olmaqla konkret təkliflərlə gəldik”.

V.Kanevski müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işləri davam etdirəcəyini diqqətə çatdırıb: "Ayyarım əvvəl Azərbaycan müdafiə naziri ilə görüşüm olub, hərbi sənaye sahəsində konkret məsələləri müzakirə etdik. Azərbaycanın Ukrayna məhsullarına tələbatı ilə yanaşı, Ukraynanın da Azərbaycan məhsullarına tələbatı var. Bizim ortaya qoymağa çox şeyimiz var, amma Azərbaycandan almalı bəzi məhsullar da var”.

Mədəni humanitar sahədə əməkdaşlığın əhəmiyyətindən söz açan səfir Bakıda Ukraynanın Bazar Günü Məktəbini açmağı, Azərbaycanda Ukrayna Kinosu Günləri keçirməyi hədəflədiklərini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi