buguntv.az
buguntv.az

Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında geniş məqalə hazırlayıb

26 dəfə baxılıb 17-09-2019, 10:10


Özbəkistanin tnews.uz portalı Qarabağ mətbəxi haqqında rus dilində “Qarabağ mətbəxinin xüsusiyyətləri və tarixi” sərlövhəli geniş məqalə verib.

AZƏRTAC xəbər verir ki, məqalədə Qarabağ regionunun mətbəxi haqqında ətraflı məlumat yer alıb. Bildirilir ki, bu mətbəxin yaranması və inkişafında tarixi, coğrafi və mədəni faktorların təsiri mühüm rol oynayıb.

Məqalədə Bərdə, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl rayonlarının mətbəxi haqqında ayrılıqda söhbət açılır, bu rayonlarda bişirilən xörəklər, onların oxşar və fərqli xüsusiyyətləri izah olunur.

Yazıda X əsr ərəb səyyahları Əl-İstəxri, Əl-Müqəddəs, İbn Xaykol, türk səyyahı Evliya Çələbi, türk alimi Yaşar Kalafat, rus alimi İ. L. Seqal və digərlərinin Qarabağın mətbəxi və məişəti haqqında fikirlərinə də yer ayrılıb.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi