buguntv.az
buguntv.az

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

31 dəfə baxılıb 19-09-2019, 16:43


Sentyabrın 19-da İşgüzar Tədbirlər Sənayesi Alyansı təşkilat üzvləri ilə keçirilən görüşdə işçi qrupunun yaradılmasına qərar verib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a ilkin mərhələdə 10 nümayəndənin qatıldığı işçi qrupu yeni işgüzar turizm məhsullarının yaradılmasına dəstək göstərəcək.

Tədbirdə Azərbaycanın işgüzar turizm sənayesini təmsil edən və alyansa üzv olan 35-ə yaxın şirkətin 80 nümayəndəsi iştirak edib.

Görüşdə çıxış edən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış avstriyalı ekspert İvo Franşitz Azərbaycanı yeni işgüzar tədbirlər məkanı kimi tanıtmaq üçün Azərbaycan Konqreslər Bürosunun və sənaye iştirakçılarının birgə əməkdaşlığının əhəmiyyətindən danışıb.

O qeyd edib ki, üzvlər arasında birgə və koordinasiyalı fəaliyyət, bununla bərabər daxili resurslardan doğru şəkildə istifadə etmək işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını daha da artıracaq.

Xatırladaq ki, iyulun 11-də İşgüzar Tədbirlər Sənayesi Alyansının rəsmi təqdimat mərasimi keçirilib. Alyansın yaradılmasından məqsəd beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərinin Azərbaycanda keçirilməsinə nail olmaq və bunu intensivləşdirməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi