buguntv.az
buguntv.az

CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib

25 dəfə baxılıb 23-09-2019, 17:12

Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gələrək dünya çempionatında iştirak hüququnu qazanıb.

Azərbaycanın CAR-dakı müvəqqəti işlər vəkili Yamin Cəfərovun AZƏRTAC-a verdiyi məlumata görə, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyin maddi dəstəyi ilə azərbaycanlı xoreoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Dance Masters” rəqs məktəbinin yetirmələri iştirak ediblər. Onlar “Yeddi gözəl” baleti və “Son nəfəs” musiqi nömrəsi ilə çıxış edərək 1-ci və 3-cü yerləri tutublar.

Qeyd edək ki, “Dance Star” rəqs müsabiqəsinin dünya turunun Cənubi Afrika üzrə seçim mərhələsi 16-20 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilib. Qalib rəqqaslar 2020-ci ildə Portuqaliyada keçiriləcək dünya rəqs çempionatına qatılacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi