buguntv.az
buguntv.az

“Azərbaycan kinosu günləri” çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində görüş keçirilib

29 dəfə baxılıb 26-09-2019, 09:07


Özbəkistanda keçirilən “Azərbaycan kinosu günləri” çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində görüş olub.

Tədbirdə Azərbaycanın və Özbəkistanın kino xadimləri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları, universitetin rəhbərliyi, müəllim və tələbələri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin binasının qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.

Qonaqlar universitetdə AMM-nin yaratdığı “Azərbaycan mədəniyyəti və ədəbiyyatı” kabineti ilə də tanış olublar.

Universitetin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov Azərbaycan kino xadimləri ilə görüşdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə ölkəmizdən gələn qonaqları təqdim edib, kinematoqrafiya sahəsində əməkdaşlığın inkişafından danışıb.

Sonra Rafiq Əliyevin və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra ekran əsərinin geniş müzakirəsi keçirilib.

Müəllim və tələbələr çıxış edərək Azərbaycandan gələn qonaqlara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi iki ölkə arasında mədəni-ədəbi sahədə əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyinin, “Özbəkkino” Milli Agentliyinin və AMM-nin birgə təşkilatçılığı ilə “Azərbaycan kino günləri” Daşkənd, Səmərqənd və Almalık şəhərlərində keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi