buguntv.az
buguntv.az

Bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” toplusunun təqdimatı keçiriləcək

37 dəfə baxılıb 26-09-2019, 15:15

Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin təqdimatı keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin rəhbəri və ideya müəllifi Xalq artisti, bəstəkar Aygün Səmədzadədir.

“Azərbaycan 100 mahnıda” klaviri Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Klavirdə Azərbaycan bəstəkarlarının 100 il ərzində bəstələdiyi 100 mahnını cəmləşdirən “Azərbaycan 100 mahnıda” kitabı təqdim edilib. Toplu dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə Dövlət Himni ilə açılır və 100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə, Cavanşir Quliyev kimi bəstəkarların mahnıları öz əksini tapır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi