buguntv.az
buguntv.az

Kitabxanada “Azərbaycan təbiəti və turizm” adlı tədbir təşkil olunub

19 dəfə baxılıb 30-09-2019, 11:21


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Azərbaycan təbiəti və turizm” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə filialın müdiri Esmira Əliyeva oxuculara Beynəlxalq Turizm Günü və son zamanlar Azərbaycanda turizmin inkişafı barədə məlumat verib.

Çıxışda qeyd olunub ki, son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir, həmçinin forumlar, sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin və hətta qış turizminin inkişafı üçün bütün şərait yaradılıb.

Sonda oxucular mövzu ilə əlaqədar təşkil edilmiş sərgi ilə tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi