buguntv.az
buguntv.az

İBTİDAİ TƏHSİL GƏLƏCƏYİN BÜNÖVRƏSİDİR

76 dəfə baxılıb 4-10-2019, 11:55


“Təhsil ölkənin gələcəyidir” – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə təhsilinə verdiyi önəm, diqqət və qayğı daim dövlət siyasətində özünü qabarıq göstərib. Dövlətin strateji proqramında təhsil və ona verilən dəyər həmişə yüksək səviyyədə təşkil olunub. Bundan əlavə Heydər Əliyev adına Fondun Prezidenti ölkənin birinci Vitse – Prezidenti Mehriban xanım Əliyevanın ölkə təhsilində tutduğu mövqe daim diqqət mərkəzində olub.


Yeni təhsil müəssisələrinin tikintisi, mövcud təhsil ocaqlarının əsaslı təmiri onların müasir avadanlıqlarla təchiz olunması dövlətin birinci növbəli vəzifəsi kimi öndə olub. Bütün bu kimi vəzifələr hər bir təhsil işçisinin üzərinə məsuliyyət qoyur deyə bizimlə söhbət əsnasında yuxarıdakıları vurğulayan İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 1A 3-sinifinin sinif rəhbəri Ağayeva Rüxsarə daha sonra dedi:

Ölkəmizin gələcək inkişafı üçün gözəl savadlı mütəxəssislərin yetişdirilməsinin təməli ibtidai sinifdən qoyulur. İbtidai sinif müəllimi dərsini elə deməli, elə tədris etməlidir ki, şagird onu mənimsəsin, sevsin. Müəllim həmdə Vətənin sevən, tədris etdiyi fənnə hörmət qoyan olmalıdır ki, o gələcəyin vətəndaşını yetişdirir, gələcək kadrın formalaşmasının təməlin qoyur.

Müəllimə Rüxsarə Ağayeva ilə söhbətimiz xeyli çəkdi. Söhbət əsnasında öyrəndim ki, ötən tədris ilində Rüxsarə müəllimənin sinifi respublika üzrə yarışmada birincilik qazanıb. Azərbaycan dili və riyaziyyat üzrə olimpiyadada qazanılan uğuru bu il yeni götürdüyü birincilərə də qazandıracağına inanırıq. Ümumiyyətlə Elitar Gimnaziya yaranıb fəaliyyət göstərdiyi gündən bütün sahələrdə yetərincə naliyyət qazanıb, uğur əldə edib. Elitar Gimnaziya rəhbərliyi və pedoqoji kollektivi peşəkar, işini sevən, tədris etdiyi fənni şagirdlərə mükəmməl tədris edən müəllim kollektivindən formalaşıb.

Elitar Gimnaziya fəaliyyətə başladığı ildən bu günə qədər təlim - tərbiyyə etdiyi, cəmiyyətə yönəltdiyi insanların təhsil, savad, intelektual dünya görüşü daim yüksək olub. Bu gün də bu ənənə Elitar gimnaziyada davam etdirilir. Şagirdlərin qəbulu, onların asudə vaxtlarının səmərəli təşkili, dərslərin əyani vəsaitlər üzrə keçirilməsi, şagirdlərin istirahəti, gəzintisi, ekskursiyaları, yarışları hamısı bir proqram əsasında müəyyənləşdirilir və tətbiq edilir. Bu da gimnaziyada təlim-tərbiyyənin, nizam-intizamın yüksək səviyyədə olması deməkdir. Gimnaziyada peşəkar müəllimlər fənnlər üzrə dərsləri tədris edir. şagirdlərin sınaq yarışlarına, imtahanlara cəlb etməklə onlarda öz fənninə maraq hissi yaradır.

Gimnaziyada bütün şəraitin çox yüksək səviyyədə təşkil olunmasını istənilən valideyin təsdiq edir. doğrudan da hiss olunur ki, burada gələcəyimiz olan balalarımız oxuyur. Onlar sabah bu dövlətimizi daha gözəl idarə edib, ölkəmiz dünya dövlətləri sırasında yerini möhkəmləndirəcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi