buguntv.az
buguntv.az

Bakıda özünü 17-ci mərtəbədən atan qadının kimliyi bilindi: 18 yaşlı... (YENİLƏNDİ)

119 dəfə baxılıb 17-07-2018, 16:00

Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.

Buguntvaz lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, "Şərur MTK"ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.

Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.

***
Bakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş:

"Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər" 


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi