buguntv.az
buguntv.az

“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...

28 dəfə baxılıb 18-10-2019, 15:21

İmişli rayonu Cəfərli kənd sakini birinci Qarabağ müharibəsi veteranı və ikinci qrup əlil Salmanov Elşad Dərgah oğlu 7GUN.az-a müraciət edərək həyat yoldaşı Salmanova Almaz Vəli qızının 21 may 2019-cu il tarixdə Səmədov Saleh Mehralı oğluna məxsus İmişli şəhərində yerləşən spirtli içkilər və sok istehsalı ilə məşğul olan “Araz-Alko” MMC-də avtokarla öldürülməsinə dair məlumat vermişdir.

Elşad Salmanov müraciətində göstərir ki, MMC-in rəhbərliyi ölüm faktının əsl səbəbini gizlədərək onun həyat yoldaşının qəfil ürək tutmasından öldüyü barədə hüquq-mühafizə orqanlarına yalnış məlumat vermişdir. Eyni zamanda Elşad Salmanov “Araz-Alko” MMC-in sahibi Saleh Səmədovun qardaşı İmişli rayon Polis İdarəsinin rəis müavini Sahib Səmədovun və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımovun baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsində xüsusi rol oynadıqlarını qeyd etmişdir. Maraqlıdır ki, 21 may 2019-cu il tarixdə baş vermiş ölüm hadisəsi ilə bağlı 03 iyun 2019-cu il tarixdə İmişli rayon Prokurorluğunda cinayət işi başlanmışdır. İmişli rayon Prokurorluğu “Araz-Alko” MMC-də işləyən sürücünü və onun dayısını məsuliyyətə cəlb etmişdir. Elşad Salmanov müraciətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı ərazi əmək müfəttişi Şahin Əzizov ailəmizə məktub göndərərək “Araz-Alko” MMC-in rəhbərliyinin mülki qaydada cərimə olunmasından ötrü İmişli rayon Məhkəməsinə müraciət edildiyini bildirib. Şahin Əzizov mərhum Almaz Salmanovanın əmək fəaliyyətinin elektron sistemdə qeydə alınmadığını, məhz buna görə də onun ailəsinə hər hansı sosial yardım verilməyəcəyini qeyd edib. Hətta, ailəyə dəfn üçün heç bir maddi dəstək olunmamışdır. Elşad Salmanov müraciətində həmçinin göstərir ki, həyat yoldaşı Almaz Salmanova avtokarla vurulub öldükdən sonra “Araz-Alko” MMC rəhbərliyinin imkan verməməsinə baxmayaraq, həmin vaxt MMC-də yoxlamada olan 8 saylı Ərazi Vergilər İdarəsinin müfəttişi Təcili Tibbi Yardım çağırmışdır. Lakin hadisəni birbaşa görən vergi müfəttişi və digər şəxslər ibtidai istintaq zamanı dindirilməyiblər. Elşad Salmanov ailələrinin hüquqlarının kobudcasına pozulduğunu, onlara qarşı təhdid və təzyiqlərin olduğunu, həyat yoldaşı Almaz Salmanovanın ölüm hadisəsinin əsl səbəbinin fəhlələrin “Araz-Alko” MMC-də qul əməyinə cəlb olunmasında gördüyünü bildirir. Belə ki, Elşad Salmanovun həyat yoldaşı “Araz-Alko” MMC-in zavodunda hər gün 12-14 saat işləmişdir. “Araz-Alko” MMC-in rəhbərliyi tərəfindən zavodda çalışan insanlara quldar münasibəti göstərilir.

7GUN.az mərhum Almaz Salmanovanın ölüm hadisəsi ilə bağlı araşdırmalarını davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
Genel Editör: 1
Üye: 3
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi