buguntv.az

Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA

18-10-2019, 19:33

DİA.AZ: - Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.

DİA.AZ bildirir ki, bu vaxta qədər Xətaiyə namizəd kimi bir neçə şəxsin adı çəkilir

Məlumata görə, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Xətai rayonuna başçı gətirilir. Artıq icra başçısı bununla bağlı yaxın ətrafına məlumat verib və bildirib ki, yaxın günlərdə təyinat reallaşdırılacaq. Maraqlıdır ki, Malik İsaqov bu günə qədər mediadan uzaq gəzməyi bacaran icra başçılarındandır. Ancaq onunla bağlı neqativ xəbərlər də az deyil. Bir müddət öncə Sumqayıtda Qubadlı icra hakimiyyətinə məxsus ərazidə ağacların kəsilməsi məsələsi gündəmə gəlmişdi. Bu səbəbdən İsaqovun Bakının ən əlverişli rayonlarından olan Xətaiyə iddia etməsi də təəcüblü deyil.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05