buguntv.az
buguntv.az

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

25 dəfə baxılıb 20-10-2019, 11:23


Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar. Şahməmmədova Nigar (44 kq), Məmmədova Zeynəb (52 kq),
Qardaşxanlı Aytac (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.

+70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
Genel Editör: 1
Üye: 3
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi