buguntv.az
buguntv.az

“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA

22 dəfə baxılıb 21-10-2019, 10:42


“1000 bərəkət, halal nemət" markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Firmanın "Sacüstü sosiskaları" məhsulunu alan istehlakçı feysbuk sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.

Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub.

Hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxıblar. Ancaq köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər. “Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür. Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük. Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil. Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar.

Bəs halallıq üçün şərtlər nədir?

Azerinfo.az bildirir ki, Azərbaycanda istehsal olunan kolbasa məhsullarının halallığı ilə bağlı hər zaman şübhələr olub. Çünki mütəxəssislər tərkibində donuz əti və piyi olmayan bu tip məhsulları uzun müddət saxlamağın mümkün olmadığını deyirlər. Şirkətlər isə əksini.

2012-ci il avqust ayının 1-dən Azərbaycanda halal standartı tətbiq edilir. Halal ətin, halal qidanın necə əldə edilməsi və “halal” termininin necə istifadə olunmasını özündə əks etdirən standartlar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.

Standartı qısaca ifadə edək:

Heyvanı kəsən şəxs müsəlman olmalıdır;

Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır;

Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır;

Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir;

Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz;

“Halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaradılmamalıdır.

Şübhələr

“Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən bu qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapa bilmədik. Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb.

Təəsüf ki, şirkətdən suallarımıza cavab verən adam tapammadıq.

Şirkətin İstifadə etdiyi əti yalnız müəssisədə kəsilən heyvanlardan əldə etməsi barədə məlumat isə xeyli şübhəlidir. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı olduğunu rəsmi saytında qeyd edən şirkətin özünün məlumatına görə, gün ərzində 5 ton kolbasa istehsal edir. Lakin rəqəmlər kolbasaların yalnız öz təsərrüfatlarından əldə edilən ətdən xammal kimi istifadə edilməsinə şübhə yaradır.

Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Məhsullarının mənşəyi məlum olmadığı kimi dondurulmuş halda olması istifadə tarixini də şübhə altına qoyur.

“Səhliyalı” isə kolbasaları haqqında yalnız müasir avadanlıqlar, ənənəvi resept və ən yaxşı xammaldan istifadə etdiyini deməklə kifayətlənir.

Lakin saytlarında xammalın mənbəyi açıq verilmədiyi kimi, məhsulun üzərində də tərkibi barədə kifayət qədər məlumat yoxdur. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Qanunda göstərilir: “...mallarin (işlərin, xidmətlərin) miqdari, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur...”

Asılılıq və xərçəng

Gizlətdikləri qatqılar qalsın bir yana. Satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi.

Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 - natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

Şirkətə halal sertifikatı verən “AzeSERT HALAL” MMC-nin rəsmisi isə bu maddələrin yalnız dozanı aşdıqda təhlükəli olduğunu və ümumiyyətlə, hər hansı qurum tərəfindən istifadəsinin tam məhdudlaşdırılmadığını dedi:

“Məhsullarda istifadə edilən E 631 bağlı da belə məqamlar var idi, məsələni araşdırdıq. Bu qida əlavələri təbii mənşəli halal istehsal sahəsində istifadə oluna bilər. Həmin maddələrin, qida əlavələrinin istehsal prosesi ilə istehsalçı ölkədə olub araşdırma aparırıq”.

E-631 qida əlavəsi ilə bağlı daha detallı məlumatı Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun saytından http://www.nkpi.az/?page=addread&id=5217 əldə etmək olar.

AZS 731 standartında göstərilib ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərlə bağlı qoyulan tələblərə görə, həmin vasitələr halal mənbələrdən olmalı, istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir.

Azerinfo.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
Genel Editör: 1
Üye: 3
TƏQVİM
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi