buguntv.az

37-nin sitəmin görmüş şairin adını daşıyan Müşviqabad qəsəbəsi öz ağır dönəmini yaşayır.

5-11-2019, 14:00




Son vaxtlar dövlət başçısının uğurlu islahatlara imza atması, kadr islahatlarının aparılması, gənc nəsilə geniş imkan verməsi, böyük əksəriyyətinin narazılığını qazanmış, ayaması və ləqəbi ilə ad çıxarmış Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Mikayılov Süleyman cənablarını deyəsən daha da aqressivləşdirib. Belə olmasaydı, 70-ci illərin problemləri ilə baş-başa qalan Müşviqabad qəsəbəsinin bələdiyyə və icra nümayəndə başçılarını bu qədər “ aktivləşdirməzdi”.

Məhəllə və küçələri, bina və balkonları, uşaqlar üçün ayrılmış məhəllə daxili oyun meydançaları, gündə bir tərəfdən “ partlayıb” çirkab suyun ətrafa yayılması, içməli suya möhtac əhalinin problemləri 70-ci illərdən bu günə miras qalmazdı. Həqiqətən yuxarıda sadaladığım məsuliyyət sahiblərinin günahı üzündən Müşviqabad qəsəbəsi hələ də 70-ci illərin problemləri ilə üz-üzə qalıb. Binaların fasadları uçub-dağılır, bloklar yaman gündədi, işıqlandırma sistemi yoxdu. Blokun kənarındakı zibil yerlərinin qapısı açıq olduğundan , yuxarıdan atılan zibil birbaşa həyətə düşür, sahibsiz it-pişik bu zibili yerlə bir edir. Uşaqlarda həmin zibilin içində oynayır. Gecə saatlarında sahibsiz it-pişik əlindən həyətə də düşmək olmur. Həmin zibilin hissələri ya uşaqların ayaqqablarında, ya da it-pişiyin vasitəsi ilə yamangünlük uşaq meydançalarına aparır. Məhəllədaxili yollar, məhəllə içərisindən keçən əsas yol tam bərbad haldadı. Bu gün inkişafı ilə bir çox qabaqcıl ölkələr arasında olan ölkəmizin paytaxt şəhərindən cəmi 20-25 km aralıda bir qəsəbədə bu cür bərbad vəziyyətə yalnız acımaq gərəkdir. Hələ bura çirkab suyun axıdıldığı, kanalizasiya sularının küçələri, məhəllələri, yolları basması daha acınacaqlı vəziyyət yaradıb. Amma ölkə başçısının islahatları “ küləyində” gedəcəyini dərk edən cənab Mikayılov Süleyman əldə etdiyimiz məlumata görə qəsəbənin dörd bir tərəfdə

müxtəlif dövlət qurumlarının balansında olan torpaqlarının pay-püş edilməsi “ islaharlarına” start verib. Bunun nəticəsidir ki, bələdiyyənin icra nümüyəndə başçısının “ sərəncamında” olan bəzi işbazlar, dəllalar hərəkətə keçib. Yaxın,uzaq rayon və kəndlərdə Müşviqabad qəsəbəsinə axın başlayıb. Qanuni tikintiləri yalnız məhkəmə qərarı ilə sökə bilərlər-düşüncəsi ilə gecənin bir aləmində iki, üç, bəzə də dörd ev tikilir, üstü qoyulur. Satan, xeyir-dua verən birbaşa özləri olsa da, dəllaların vasitəsi ilə bu işə müxtəlif adamlar cəlb edilir ki, guya ev tikən şəxs torpağı adi bir vətəndaşdan alıb. Bu gün bu oyunbazlıqdan çıxan, qəsəbənin heç bir problemi ilə maraqlanmayan bələdiyyə sədri, icra nümayəndəsi həyasızlaşaraq həddini aşırlar. Müraciət edən, şikayət edən şəxslərə qarşı şərləmə, hədələmə, qorxutma vasitələrinə əl ataraq susdurmağa cəhd edirlər.

Bu kimi idarəetmədən təngə gələn Müşviqabad qəsəbə və ətraf fərdi evlərdə yaşayan sakinlər yaxın zamanlarda Bakı-Şamaxı magistral yolunu bağlamaq haqqında söhbətlər edirlər. Onlar bununla ölkə başçısına problemləri çatdırmaq istəyirlər. İnanırlar ki, dövlət başçısı onların harayına səs verib, növbəti səfərlərin birin Müşviqabad qəsəbəsinə salacaq.



Buguntv.az Mövzunu diqqətdə saxlayıb növbəti sayımızda ətraflı yazacağıq



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 150
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05