buguntv.az

Magistral kəmər zədələndi: Bu rayonlarda qaz olmayacaq

12-01-2020, 19:10

   Magistral qaz kəmərinin zədələnməsi ilə əlaqədar Azərbaycanın bəzi rayonlarında qaz təminatında fasilələr yaranacaq. 

Bu barədə “Azəriqaz İB” rəsmi “Facebook” səhifəsi ilə xəbərdarlıq edib.

Bildirilib ki, “yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən “Qaz İxrac” İdarəsinin balansında olan “Xaldan-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib: 

“Təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb. Yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimi yyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb”. 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 15
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
Информация

Посетители, находящиеся в группе Ziyaretçi, не могут оставлять комментарии к данной публикации.
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05