buguntv.az

SULUTƏPƏDƏ MAŞINLARIN “AYAQQABISI” BULAŞMAMAQ ÜÇÜN ASFALT ÇƏKİRLƏR

13-01-2020, 20:34

Adətən, evdən uşaqlarımızı məktəbə və ya harasa yola salanda, dönə-dönə tapşırırıq: “Yolun kənarıyla get”. Amma bu gün Sulutəpədə çəkilən asfalta baxan-da bu kəlməni işlətməyə adamın nə dili gəlir, nə də ürəyi. Çəkilən asfalt sanki yolun ortasıyla, hər iki tərəfdən, yerlər var ki, iki metrədən yuxarı, lil-lıxma içində qalıb. Lakin asfalt çəkənlərə bu iradımızı bildirəndə, bizim işimizə qarışmayın, bizə belə tapşırıblar deyirlər.

Dövlət başçısının dəfələrlə çıxışında məmurlara iradla bildirdiyi, vətəndaş-ların qayğısında durmağı tapşırdığı hamıya gün kimi aydındır. Amma buna əməl etməyib, ölkə başçısının tapşırıqlarına kölgə salan, gördükləri işlərlə gülüş yaradan bu məmurlar niyə öz işlərini layiqincə görmürlər?!

Dövlət başçısının Bakı və Bakıətrafı kənd və qəsəbələrin abadlaşdırılması isti-qamətində imzaladığı sərəncama laqeydcəsinə yanaşan bu məmurlara kimlər dur deyəcək. Bütün bunlarla yanaşı, dövlət başçısının imzaladığı sərəncam və fərman-lara ictimai nəzarətin gücləndirilməsi istiqamətində prezidentin tövsiyələrinə uyğun olaraq bu məlumatın ölkənin gündəminə gətirilməsini istəyirik, deyən bir qrup Sulutəpə qəsəbə sakinlərinin xahişini nəzərə alaraq məsələni diqqətdə saxlayıb, növbəti sayımız üçün araşdırmamızı davam edəcəyik.

Qarşı tərəfin də mövqeyini öyrənməyə həmişə hazırıq 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 13
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05