buguntv.az

Körfəz ölkələri Qətərlə böhrana son qoyan sazişi imzaladı

5-01-2021, 20:44

 



Körfəz ölkələrinin liderləri - Səudiyyə Ərəbistanında Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının 41-ci zirvə toplantısının iştirakçıları məclis üzvlərinin birliyi və Qətər ətrafında böhranın sona çatması ilə bağlı kommünike imzalayıblar. 
Bugüntv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd Qətər əmiri Tamim bin Hamad Əl Tani, Küveyt əmiri Navaf əl-Əhməd əs-Sabah, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Bəhreynin vəliəhd şahzadəsi Salman bin Hamad əl-Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Məhəmməd bin Rəşid və Omanın Baş nazirinin müavini Fəhd bin Mahmud əl-Səid tərəfindən imzalanıb.
Qeyd edək ki, kommünike Doha ilə əlaqələrin normallaşdırılmasını, blokadanın götürülməsini, quru, hava və dəniz sərhədlərinin açılmasını nəzərdə tutur.
Xatırladaq ki, 2017-ci ilin yayında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Dohanı terrorizmi dəstəkləməkdə və daxili işlərinə qarışmaqda günahlandıraraq Qətərlə diplomatik əlaqələrini kəsdiklərini elan etmişdilər. Bunun ardınca isə əmirliyə iqtisadi sanksiyalar tətbiq olunmağa başlamış, nəqliyyat blokadası baş vermişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 38
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+994 55) 332 00 70