buguntv.az
buguntv.az

Sabah XXI əsrin ən uzun "Qanlı Ay" tutulması hadisəsi baş verəcək

125 dəfə baxılıb 26-07-2018, 13:00

Sabah XXI əsrin ən uzun "Qanlı Ay" tutulması hadisəsi baş verəcək.

Buguntv.az "report"a istinadla xəbər verir ki, iyulun 27-dən 28-ə keçən gecə baş verəcək təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayacaq.

Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Bu zaman Ayın səthi qızılı rəngə bürünəcək. Ona görə də bəzən buna "Qanlı Ay" deyirlər.

1 saat 43 saniyəlik tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

İkinci tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq. Qeyd edilən tarixdə, həmçinin Mars -Yer qarşıdurması hadisəsi baş verəcək.

Xatırladaq ki, bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 31-də qeydə alınıb. Bu dəfəki ay tutulması hadisəsi birinci tutulmadan 27 dəqiqə uzun çəkəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi