SON DƏQİQƏ

Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul edəcək

9-03-2022, 14:00

Gənclər və idman naziri Fərid Qayıbov martın 11-də Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 17:00-dan etibarən Tovuz Heydər Əliyev Mərkəzində keçiriləcək.

Ünvan: Tovuz şəhəri Məşədi Əzizbəyov küçəsi, 1.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.

1. Tovuz rayon Gənclər və İdman İdarəsi 
Tel: 0503468528
E.mail: tovuzgii@mys.az

2. Ağstafa rayon Gənclər və İdman İdarəsi
Tel: 0502658828
E.mail: agstafagii@mys.az

3. Qazax rayon Gənclər və İdman İdarəsi
Tel: 0503358681
E.mail: qazaxgii@gmail.com


Gənclər və İdman Nazirliyi
Tel: 0124656571
E.mail: mys@mys.gov.az 

Qəbula qeydiyyat 10 mart 2022-ci il, saat 22:00-da başa çatır.  

COVID-19 infeksiyası ilə əlaqədar tətbiq edilən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immunitet sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 68

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR