10:47 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL
07:00 - Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb
05:30 - Vitse-spiker Adil Əliyev şəhidlərin xatirəsinə həsr edilmiş tədbirdə iştirak edib
02:00 - Macarıstanın yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Katalin Novaka
02:00 - Martın 15-də gözlənilən hava şəraiti
17:30 - İstehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
17:00 - Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri həyata keçirilir
16:00 - Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib
15:30 - Qayda pozuntuları aşkarlanmış kiçikhəcmli gəmilərlə bağlı qanuna müvafiq tədbirlər görülüb
13:00 - Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb
12:00 - Taekvondoçularımız İranda keçirilən "President Cup" turnirini 5 medalla başa vurublar
12:00 - Prezident İlham Əliyev Roma Papasını Tacqoyma Günü münasibətilə təbrik edib
11:00 - DOST İş Mərkəzi AQTA ilə birgə layihə üzrə 500 nəfəri işlə təmin edəcək
Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub
Martın 13-də Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.
Əvvəlcə iştirakçı ölkələrin paradı olub.
Bağlanış mərasimində çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe qlobal pandemiyaya və sülh böhranına baxmayaraq, yarışda iştirak edən idmançılara və rəsmilərə təşəkkürünü bildirib.
FIG rəsmisi deyib: “Azərbaycan Gimnastika Federasiyasına, könüllülərə və bütün tərəfdaşlara möhtəşəm dünya çempionatının təşkilində göstərdikləri səylərə görə minnətdarlıq edirəm. Akrobatika gimnastikası idman növləri arasında ən yüksək artistizm və mükəmməlliyə sahib növlərdən biridir. Bu dəfə musiqi və çıxışlar arasındakı harmoniya, o cümlədən hərəkətlərin icrasında daha çox artistizm diqqətimi cəlb etdi. Düşünürəm ki, gimnastikanın bu növü insanları daha çox cəlb edəcək bir nöqtəyə gəlib. İdmançıların çıxışı dostluğu, inamı və həmrəyliyi gözəl şəkildə ifadə etdi. İnanıram ki, gimnastlar bu xaotik dövrdə insanlıq üçün bir nümunə sərgilədilər”.
“Bakıda dünya çempionatı yekunlaşdı. 2024-cü ildə dünya çempionatına İsrailin Holon şəhəri ev sahibliyi edəcək. İsraildə görüşənədək”, - deyə M.Vatanabe əlavə edib.
Sonra FIG prezidenti akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatını bağlı elan edib.
Daha sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə FIG bayrağını M.Vatanabeyə təqdim edib. M.Vatanabe isə bayrağı İsrail Gimnastika Federasiyasının rəsmisi Zina Harrisə verib.
Gimnastların iştirakı ilə hazırlanan “Metaverse” adlı şou proqramla dünya çempionatına yekun vurulub.
Dünya çempionatında 17 ölkədən 170 gimnast iştirak edib. Dörd gün davam edən yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış ediblər.
Azərbaycan komandası dünya çempionatını 3 medalla başa vurub. Belə ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətlərində bürünc, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə temp hərəkətində gümüş medal qazanıblar.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilk dəfə akrobatika gimnastikası üzrə dünya kuboku turnirinə, bu il martın 3-dən 6-dək isə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edib.