SON DƏQİQƏ

İlin ən çox qazanan futbolçuları açıqlandı

20-09-2022, 12:25

2022-ci ildə ən çox pul qazanan futbolçuların adları açıqlanıb.
Siyahıya  Fransa  millisinin  və  PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir.  24 yaşlı forvardın gəliri 125 milyon ABŞ dollarıdır.
İkinci sırada İngiltərənin "Mançester Yunayted" klubunun oyunçusu Kriştianu Ronaldu qərarlaşıb. Portuqaliyalı hücumçunun qazancı 113 milyon avro təşkil edir.
İlk "3-lüy"ü PSJ-dən Lionel Messi tamamlayır - 110 milyon dollar.
Siyahıda ilk "10-luq" aşağıdakı kimidir:
1. Kilian Mbappe (PSJ, Fransa) - 125 milyon dollar
2. Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə) - 113 milyon dollar
3. Lionel Messi ("Barselona", İspaniya) - 110 milyon dollar
4. Neymar (PSJ) - 91 milyon dollar
5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 39,5 milyon dollar
6. Eden Azar ("Real Madrid", İspaniya) - 31,3 milyon dollar
7. Andres İnyesta ("Vissel Kobe", Yaponiya) - 30 milyon dollar
8. Rahim Sterlinq ("Mançester Siti", İngiltərə) - 29,4 milyon dollar
9. Kevin De Brüyne ("Mançester Siti") - 29 milyon dollar
10. Antuan Qrizmann ("Atletiko" Madrid, İspaniya) - 27,5 milyon dollar
Sportico


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 33

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR